Bank Of Baku

Metroda heroin satan şəxs tutulub

Metroda heroin satan şəxs tutulub
# 27 oktyabr 2008 12:41 (UTC +04:00)
Bakı. Hafiz Heydərov-APA. Bakı şəhərində metroda heroin satan şəxs həbs edilib. Bakı şəhər Baş Polis İdarəsinin Metropolitendə Polis Şöbəsindən APA-ya verilən məlumata görə, şöbəyə daxil olan məlumat əsasında Ağababa Mirzə oğlu Abbasov şübhəli şəxs qismində saxlanılıb. Polis əməkdaşları onuin üzərinə baxış keçirərkən 0.241 qram heroin aşkar edilərək götürülüb. İlkin dindirilmə zamanı A. Abbasov narkotik maddəni satmaq məqsədi ilə daşıdığını etiraf edib. Faktla bağlı Cinayət Məcəlləsinin 234-cü (qanunsuz olaraq narkotik vasitələri hazırlama, istehsal etmə, daşıma və ya satma) maddəsi ilə cinayət işi başlanılıb, araşdırma aparılır.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR