Bank Of Baku

Bakıda avtomobil qaçırmaqda təqsirli bilinən yeniyetmə tutulub

Bakıda avtomobil qaçırmaqda təqsirli bilinən yeniyetmə tutulub
# 27 oktyabr 2008 14:13 (UTC +04:00)
Bakı. Hafiz Heydərov-APA. Bakıda 14 yaşlı yeniyetmə avtomobil qaçırmaqda təqsirli bilinərək həbs edilib. Bakı şəhər Baş Polis İdarəsindən APA-ya verilən məlumata görə, hadisə Nəsimi rayonu ərazisində qeydə alınıb. Bakı şəhər sakini, 1994-cü il təvəllüdlü İlkin İlqar oğlu Süleymanov həmyerlisi Yavər Abdunova məxsus “Vaz-21063” markalı, 64 BA 330 dövlət nömrə nişanlı maşını qaçırmaqda təqsirli bilinir. Nəsimi Rayon Polis İdarəsinin 20-ci Polis Bölməsinin əməkdaşlarının keçirdiyi əməliyyat-tədbirləri nəticəsində İ. Süleymanov saxlanılıb və onun barəsində Cinayət Məcəlləsinin 185-ci (talama məqsədi olmadan qanunsuz olaraq avtomobil və ya başqa nəqliyyat vasitəsi ələ keçirmə) maddəsi ilə cinayət işi başlanılıb.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR