Bank Of Baku

Bakı sakini nikahsız yaşadığı qadını bıçaqlayıb

Bakı sakini nikahsız yaşadığı qadını bıçaqlayıb
# 27 oktyabr 2008 14:59 (UTC +04:00)
Bakı. Hafiz Heydərov - APA. Bakı sakini nikahsız yaşadığı qadını bıçaqlayıb. Sabunçu Rayon Polis İdarəsinin (RPİ) 14-cü Polis Bölməsindən APA-ya verilən məlumata görə, hadisə qısqanclıq zəminində baş verib. Bakı şəhər sakini, 1959-cu il təvəllüdlü Valeh Kamal oğlu Əhmədov qeyri-qanuni nikahda olduğu, Sabunçu rayon sakini, 1967-ci il təvəllüdlü Şirin Rafiq qızı Əliyevanı bıçaqlayıb. Döş qəfəsinin sol nahiyəsindən bir neçə bıçaq yarası alan Ş. Əliyeva ağır vəziyyətdə 3 saylı Şəhər Klinik Xəstəxanasına yerləşdirilib.

Həkimlərin dediyinə görə, onun vəziyyəti ağırdır. Hadisəni törədən V. Əhmədov isə 14-cü polis bölməsinin əməkdaşları tərəfindən artıq saxlanılıb.

Faktla bağlı araşdırma aparılır.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR