Bank Of Baku

Ötən gecə Bakıda ölümlə nəticələnən yol qəzası baş verib

Ötən gecə Bakıda ölümlə nəticələnən yol qəzası baş verib
# 28 oktyabr 2008 07:23 (UTC +04:00)
Bakı. Hafiz Heydərov-APA. Azərbaycan paytaxtında marşrut avtobusu minik avtomobili ilə toqquşub. Bakı şəhər Baş polis İdarəsindən APA-ya verilən məlumata görə, hadisə ötən gecə Nizami rayonu ərazisində baş verib. Bakı şəhər sakini, 1976-cı il təvəllüdlü Məmmədov Elşən Məmməd oğlunun idarə etdiyi “Daewoo” markalı, 10 TF 365 dövlət nömrə nişanlı 200 saylı xətt avtobusunun əks istiqamətdə hərəkət edən, Ramil Mahmudovun idarə etdiyi “Mercedes” markalı, 10 OT 255 dövlət nömrə nişanlı avtomobillə toqquşması nəticəsində R. Mahmudov hadisə yerində keçinib. Faktla bağlı Nizami rayon Polis İdarəsində araşdırma aparılır.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR