Bank Of Baku

Balakən sakinini Bakıda cərəyan vurub

Balakən sakinini Bakıda cərəyan vurub
# 31 oktyabr 2008 14:29 (UTC +04:00)
Bakı. Hafiz Heydərov-APA. Balakən rayon sakinini Bakıda cərəyan vurub. Qaradağ rayon Prokurorluğundan APA-ya verilən məlumata görə, hadisə bu gün “Çənlibel” karxanasına gedən yolda baş verib. Yol kənarında yüksək gərginlikli elektrik xəttinin yerə düşməsi yaxınlıqdan keçən inəyin ölümü ilə nəticələnib. İnəyin cəsədi üzərinə toplaşan itlər yaxınlıqdan ərazidən keçən piyada, Balakən rayonu Meşəşambul kənd sakini, 1961-ci il təvəllüdlü Hacı Qurban oğlu İsayevə hücum ediblər. İt sürüsündən qaçan H. İsayev yaxınlıqdakı elektrik dirəyinə çıxmaq istəyərkən onu cərəyan vurub. Nəticədə 47 yaşlı Balakən sakini hadisə yerindəcə keçinib. Faktla bağlı Qaradağ rayon Prokurorluğu tərəfindən araşdırma aparılır.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR