Bank Of Baku

Polis rəisinin müavini: “Yaxın günlərdə “Əbu Bəkr” məscidinə baxış keçiriləcək, dəymiş ziyan müəyyənləşdiriləcək”

Polis rəisinin müavini: “Yaxın günlərdə “Əbu Bəkr” məscidinə baxış keçiriləcək, dəymiş ziyan müəyyənləşdiriləcək”
# 31 oktyabr 2008 15:52 (UTC +04:00)
Bakı. Hafiz Heydərov - APA. “Biz baş verə biləcək hər hansı təhlükəni nəzərə alaraq, hələlik “Əbu Bəkr” məscidinin açılmasının əleyhinəyik”. Bu sözləri APA-ya Nərimanov rayon Polis İdarəsinin rəis müavini Əkbər İsmayılov deyib. Rəis müavininin sözlərinə görə, məsciddə baş vermiş partlayışla bağlı aparılan istintaq hələ yekunlaşmayıb. Ə. İsmayılov məscidin yenidən fəaliyyətə başlamasının əleyhinə olmalarında bu amili də nəzərə aldıqlarının deyib. Rəis müavini yaxın günlərdə “Əbu Bəkr”ə baxış keçiriləcəyini, partlayış nəticəsində məscidə dəymiş ziyanın hesablanacağını bildirib: “Bütün bu məsələlər həllini tapmamış biz məscidə heç kimi buraxa bilmərik”.

Ə. İsmayılov, noyabrın 12-ə təyin olunmuş məhkəmə prosesində bütün bu məsələləri qaldıracaqlarını bildirib.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR