Bank Of Baku

Bakıda ölümlə nəticələnən yol qəzası baş verib

Bakıda ölümlə nəticələnən yol qəzası baş verib
# 03 noyabr 2008 07:54 (UTC +04:00)
Bakı. Hafiz Heydərov-APA. Bakıda “KamAZ” markalı yük avtomaşını ilə minik avtomobilinin toqquşması nəticəsində bir nəfər ölüb. Bakı şəhər Baş Polis İdarəsindən APA-ya verilən məlumata görə, hadisə ötən gecə, paytaxtın Xocahəsən yolunda baş verib. Bakı şəhər sakini, 1960-cı il təvəllüdlü Fazil Yaqub oğlu Süleymanovun idarə etdiyi “KamAz” markalı, 34 BB 478 dövlət nömrə nişanlı yük maşını əks istiqamətdə hərəkət edən, Ramal Məmmədovun idarə etdiyi “Tofaş” markalı, 10 SD 047 dövlət nömrə nişanlı avtomobillə toqquşub. Qəza nəticəsində R. Məmmədov aldığı xəsarətdən hadisə yerindəcə dünyasını dəyişib. Faktla bağlı araşdırma aparılır.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR