Bank Of Baku

Müdafiə Nazirliyinin “N” saylı hərbi hissəsində əsgər öz yoldaşını qətlə yetirib

Müdafiə Nazirliyinin “N” saylı hərbi hissəsində əsgər öz yoldaşını qətlə yetirib
# 08 noyabr 2008 08:03 (UTC +04:00)
APA-nın məlumatına görə, Naxçıvan Muxtar Respublikasının N saylı hərbi hissəsində postda xidmət çəkən əsgərlərdən biri atəş açaraq öz xidmət yoldaşını öldürüb.

Müdafiə Nazirliyinin mətbuat xidmətindən APA-ya faktı təsdiqləyiblər. Mətbuat xidmətinin rəhbəri, polkovnik-leytenant Eldar Sabiroğlunun sözlərinə görə, əsgər İbrahimov Qurban Məmməd oğlunun əlindəki silahdan açılan atəş nəticəsində digər əsgər Nemətov Sərxan Salman oğlu dünyasını dəyişib. E. Sabiroğlu faktla bağlı cinayət işinin başladıldığını və araşdırmaların aparıldığını bildirib.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR