Bank Of Baku

Bakıda silahlı şəxs polis tərəfindən saxlanılıb

Bakıda silahlı şəxs polis tərəfindən saxlanılıb
# 08 noyabr 2008 08:43 (UTC +04:00)
Bakı. Hafiz Heydərov - APA. Azərbaycan paytaxtında silahlı şəxs zərərsizləşdirilib. Bakı Şəhər Baş Polis İdarəsindən APA-ya verilən məlumata görə, Nəsimi Rayon Polis İdarəsinin 21-ci Polis bölməsinin əməkdaşlarının keçirdiyi əməliyyat tədbirləri nəticəsində C. Hacıbəyli küçəsi 39 ünvanında “RİO” markalı 90-DO-985 dövlət nömrə nişanlı maşının sürücüsü Həsənov Həsən Ədin oğlu şübhəli şəxs qismində saxlanılıb. Onun üzərinə baxış keçirərkən 1 ədəd “Naqan” tipli tapança və 7 ədəd patron aşkar edilərək götürülüb. Faktla bağlı Nəsimi RPİ-nin istintaq şöbəsində Cinayət Məcəlləsinin 228-ci (qanunsuz olaraq odlu silah və onun komplekt hissələrini əldə etmə, saxlama və ya satma) maddəsi ilə cinayət işi başlanıb, araşdırma aparılır.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR