Bank Of Baku

Maşın motosikletlə toqquşub, bir nəfər ölüb

Maşın motosikletlə toqquşub, bir nəfər ölüb
# 08 noyabr 2008 08:47 (UTC +04:00)
Bakı. Hafiz Heydərov - APA. Bakıda maşınla motosikletin toqquşması nəticəsində bir nəfər ölüb. Bakı Şəhər Baş Polis İdarəsindən APA-ya verilən məlumata görə, hadisə Türkan qəsəbəsinin ərazisində qeydə alınıb. Qəsəbə sakini Güləhməd Quliyevin idarə etdiyi “VAZ-21074” markalı 90-DN-267 dövlət nömrə nişanlı avtomobillə Adil Haqverdiyevin idarə etdiyi və əks istiqamətdə hərəkət edən “Ural” markalı 05-52-AZK dövlət nömrə nişanlı motosiklet toqquşub. Qəza nəticəsində motosikletin sürücüsü Adil Haqverdiyev aldığı xəsarətlərdən hadisə yerindəcə keçinib.

Faktla bağlı araşdırma aparılır.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR