Bank Of Baku

Bakıda soyğunçuluq etməkdə təqsirləndirilən 3 qadın tutulub

Bakıda soyğunçuluq etməkdə təqsirləndirilən 3 qadın tutulub
# 10 noyabr 2008 08:25 (UTC +04:00)
Bakı. Hafiz Heydərov –APA. Bakı şəhərində soyğunçuluq törətməkdə təqsirləndirilən qadınları həbs edilib. Bakı şəhər Baş Polis İdarəsindən (BŞBPİ) APA-ya verilən məlumata görə, ötən gün Bakı şəhər sakini, 1965-ci il təvəllüdlü Bəsti Şamil qızı Kərimova tanımadığı qadınların hücumuna məruz qalıb. Soyğunçular onun əl çantasında olan külli miqdarda pulunu və mobil telefonunu alaraq hadisə yerindən qaçıblar. BŞBPİ-nin Nizami rayon Polis İdarəsi və 24-cü Polis Bölməsi əməkdaşlarının birgə həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində hadisəni törədənlər, milliyətcə rus olan, 1987-ci il təvəllüdlü Marina Vasiliyevna, 1982-ci il təvəllüdlü Alyona Miraskiçenko və 1980-cı il təvəllüdlü Svetlana Vasiliyevna həbs ediliblər. Onlar ilkin dindirilmə zamanı soyğunçuluq əməlini tamah məqsədi ilə törətdiklərini etiraf ediblər. Faktla bağlı araşdırma aparılır.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR