Bank Of Baku

Bakıda quldurluqda təqsirli bilinən 7 nəfərdən ibarət mütəşəkkil dəstə zərərsizləşdirilib

Bakıda quldurluqda təqsirli bilinən 7 nəfərdən ibarət mütəşəkkil dəstə zərərsizləşdirilib
# 10 noyabr 2008 08:26 (UTC +04:00)
Bakı. Hafiz Heydərov –APA. Azərbaycan paytaxtında quldurluqda təqsirli bilinən 7 nəfərdən ibarət mütəşəkkil dəstə zərərsizləşdirilib. Bakı şəhər Baş Polis İdarəsindən APA-ya verilən məlumata görə, Bakı şəhər sakini, İskəndər İskəndərov Qaradağ rayon Polis İdarəsinin 38-ci Polis Bölməsinə müraciət edərək ona qarşı quldurluq əməlinin olması barədə məlumat verib. Daxil olan məlumat əsasında Qaradağ rayon Polis İdarəsi tərəfindən əməliyyat-qrupu yaradılıb. Aparılan əməliyyat-axtarış tədbirləri nəticəsində quldurluqda şübhəli bilinən 7 nəfərdən ibarət dəstə: 1989-cu il təvəllüdlü Anar Əlizadə, 1991-ci il təvəllüdlü Əli Məmmədov, 1992-ci il təvəllüdlü Adil Hüseynov, 1993-cü il təvəllüdlü Rahib Abdullayev, 1988-ci il təvəllüdlü Rövşən Əliyev və 1991-ci il təvəllüdlü Ceyhun Mustafayev və 1993-cü il təvəllüdlü İsmayıllı İsmayıl saxlanılıblar. Onların ilkin dindirilməsi zamanı mütəşəkkil dəstənin İ. İskəndərovdan başqa paytaxtda daha bir neçə nəfərə qarşı quldurluq etmələri üzə çıxıb. Bildirilib ki, onlar bundan başqa Bakıda avtomobillərdən və bir sıra iaşə obyektlərindən oğurluq etdiklərini də etiraf ediblər. Faktla bağlı Qaradağ rayon Polis İdarəsinin istintaq şöbəsində Cinayət Məcəlləsinin 181-ci (quldurluq) və 177-ci (oğurluq) maddələri ilə cinayət işi başlanılıb, araşdırma aparılır.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR