Bank Of Baku

Bakıda marşrut avtobusunun sürücüsü bıçaqlanıb

Bakıda marşrut avtobusunun sürücüsü bıçaqlanıb
# 10 noyabr 2008 08:39 (UTC +04:00)
Bakı. Hafiz Heydərov –APA. Bakıda marşrut avtobusunun sürücüsü 36 yaşlı qadın tərəfindən bıçaqlanıb. Binəqədi rayon Polis İdarəsindən APA-ya verilən məlumata görə, hadisə 69 saylı xətt avtobusunda baş verib. Avtobusda olan sərnişin, 1972-ci il təvəllüdlü Gülarə Axundova marşrutun sürücüsü, 1985-ci il təvəllüdlü Vüsal Əliyevi bıçaqlayıb. V. Əliyev ağır bıçaq xəsarəti ilə 1 saylı Dəmiryol Xəstəxanasına yerləşdirilib. Həkimlərin bildirdiyinə görə, onun vəziyyəti ağır olaraq qalır. Hadisəni törətməkdə təqsirləndirilən G. Axundova isə polis tərəfindən saxlanılıb. Hazırda hadisənin hansı zəmndə baş verməsinin səbəbləri araşdırlır.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR