Bank Of Baku

Bakıda rəfiqəsinin külli miqdarda pulunu mənimsəməkdə təqsirləndirilən qadın tutulub

Bakıda rəfiqəsinin külli miqdarda pulunu mənimsəməkdə təqsirləndirilən qadın tutulub
# 10 noyabr 2008 11:35 (UTC +04:00)
Bakı. Hafiz Heydərov –APA. Bakıda rəfiqəsinin külli miqdarda pulunu mənimsəməkdə təqsirləndirilən qadın həbs edilib. Xətai rayon Polis İdarəsindən APA-ya verilən məlumata görə, Bakı şəhər sakini, 1963-cü il təvəllüdlü Dürdanə Qəzənfər qızı Əliyeva uzun müddət Cinayət Məcəlləsinin 178-ci (dələduzluq) maddəsi ilə axtarışda olub. O, yaxın rəfiqəsinin işə düzəltmək adı ilə külli miqdarda pulunu mənimsəməkdə təqsirli bilinir. Xətai rayon Polis İdarəsinin 34-cü Polis Bölməsi əməkdaşlarının keçirdiyi əməliyyat-axtarış tədbirləri nəticəsində D. Əliyeva paytaxtda saxlanılıb. Onun barəsində açılmış cinayət işi üzrə istintaq tədbirləri davam etdirilir.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR