Bank Of Baku

Rusiyada azərbaycanlı uşağı bıçaqlayan skinxedlər barədə cinayət işi başlanıb

Rusiyada azərbaycanlı uşağı bıçaqlayan skinxedlər barədə cinayət işi başlanıb
# 10 noyabr 2008 11:38 (UTC +04:00)
Bakı. Zaur Nurməmədov-APA. Rusiyada ekstremist xarakterli cinayətlərin sayı artmaqdadır. APA-nın məlumatına görə, 2008-ci ildə ölkədə 380 ekstremist xarakterli cinayət baş verib ki, bu da ötən ilki göstəricidən 62,4 faiz çoxdur. Rusiya Prokurorluğu yanında istintaq komitəsindən “İTAR-TASS” agentliyinə bildiriblər ki, son belə cinayətlərdən biri ötən ay İjevskdə baş verib. Hüquq-mühafizə orqanları 13 yaşlı Azərbaycan vətəndaşı Nadir Şahin oğlu Nadirliyə xəsarət yetirən millətçi qruplaşmanın iki üzvü barədə cinayət işi başlayıblar. Araşdırmaq zamanı məlum olub ki, içkili vəziyyətdə olan Fokeyev və Kondratyev soyadlı iki şəxs mağazaya alış-veriş üçün daxil olan azyaşlı azərbaycanlını öldürmək qərarına gəliblər. Uşaq mağazadan çıxan zaman skinxedlər ona yanaşaraq kürək və döş nahiyəsinə 8 bıçaq zərbəsi endiriblər. Faktla bağlı hər iki şəxsə qarşı qətlə cəhd maddəsi ilə ittiham irəli sürülüb.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR