Bank Of Baku

Taksi qaçırmaqda təqsirləndirilən şəxslər həbs edilib

Taksi qaçırmaqda təqsirləndirilən şəxslər həbs edilib
# 10 noyabr 2008 11:39 (UTC +04:00)
Bakı. Hafiz Heydərov –APA. Azərbaycan paytaxtında taksi kimi istifadə edilən avtomobili qaçırmaqda təqsirləndirilən şəxslər həbs edilib. Bakı şəhər Baş Polis İdarəsindən APA-ya verilən məlumata görə, Bakı şəhər sakini, 1965-ci il təvəllüdlü Adil Şura oğlu Tağıyev özünə məxsus, taksi kimi istifadə etdiyi “Vaz-2106” markalı, 10 UE 284 dövlət nömrə nişanlı maşınının qaçırılması barədə Əzizbəyov rayon Polis İdarəsinin 1-ci Polis Bölməsinə məlumat verib. Polis əməkdaşlarının keçirdiyi əməliyyat-axtarış tədbirləri nəticəsində avtomobili qaçırmaqda təqsirləndirilən şəxslər – 1987-ci il təvəllüdlü İbrahim Hacıbala oğlu Qədirov və 1987-ci il təvəllüdlü Əkbər Əlicəfər oğlu Quliyev saxlanılıb. Onlar ilkin dindirilmə zamanı oğurluq əməlini tamah məqsədi ilə törətdiklərini etiraf ediblər. Faktla bağlı Əzizbəyov rayon Polis İdarəsi tərəfindən araşdırma aparılır.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR