Bank Of Baku

İranda sentyabrın 10-da həbs edilmiş 20 azərbaycanlıdan sonuncu 4 nəfəri də zaminə buraxılıb

İranda sentyabrın 10-da həbs edilmiş 20 azərbaycanlıdan sonuncu 4 nəfəri də zaminə buraxılıb
# 10 noyabr 2008 11:42 (UTC +04:00)
Bakı. Ramil Məmmədli – APA. İranda sentyabrın 10-da həbs edilmiş 20 azərbaycanlıdan sonuncu 4 nəfəri də girov müqabilində zaminə buraxılıb. Güney Azərbaycan Məhbusları Müdafiə Komitəsindən (ASMEK) APA-ya verilən məlumata görə, İran azərbaycanlılarının hüquqları uğrunda hərəkatın fəalları - “Dilmac” jurnalının baş redaktoru, yazıçı Əlirza Sərrafi, jurnalist Həsən Rəşidi, “Yaşmaq” jurnalının redaktoru, şair Səid Muğanlı (Məhəmmədi) və müəllim Mehdi Nəiminin sərbəst buraxılması müqabilində onların hər birindən 250 min ABŞ dolları məbləğində girov alınıb.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR