Bank Of Baku

Dövlət qəzetinin baş redaktor müavininin evi qarət edilib

Dövlət qəzetinin baş redaktor müavininin evi qarət edilib
# 10 noyabr 2008 15:44 (UTC +04:00)
Yasamal Rayon Polis İdarəsinin (RPİ) 26-cı polis bölməsindən APA-ya verilən məlumata görə, “Respublika” qəzetinin baş redaktorunun müavini, həmçinin “Qafqaz” və “Qərb” universitetlərində müəllimə işləyən Nərgiz Əhməd qızı Qurbanova bir həftə əvvəl, 26-cı polis bölməsinə ərizə ilə müraciət edərək, yaşadığı mənzildən 4 min manat məbləğində pul və çoxlu miqdarda qızıl-zinət əşyalarının oğurlandığını bildirib. Hadisə yerinə gedən istintaq qrupu N. Qurbanovanın mənzilindən oğurluq olması faktını əyani dəlillərlə sübuta yetirib və baş vermiş hadisə ilə əlaqədar dərhal əməliyyyat qrupu yaradılıb.

Bir həftə davam edən əməliyyat-axtarış tədbirləri nəticəsində hadisəni törədən, Bakı şəhər sakini, 1980-cı il təvəllüdlü İlkin Məlik oğlu Məlikov bu gün həbs edilib.

Faktla bağlı Yasamal RPİ-nin istintaq şöbəsində Cinayət Məcəlləsinin 177-ci (oğurluq) maddəsi ilə cinayət işi başlanılıb, araşdırma aparılır.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR