Bank Of Baku

Saxalində milis mayorunu təhqir edən azərbaycanlı haqqında hökm çıxarılıb

Saxalində milis mayorunu təhqir edən azərbaycanlı haqqında hökm çıxarılıb
# 11 noyabr 2008 06:57 (UTC +04:00)
Saxalin-APA. Saxalin məhkəməsi milis əməkdaşını təhqir etmiş Azərbaycan vətəndaşı Əzizov haqqında qərar çıxarıb. APA-nın məlumatına görə, həmyerlimiz Poronaysk şəhərində içkili vəziyyətdə saxlanıb. Onu saxlayan milis əməkdaşlarını təhqir edən Əzizov soyadlı şəxs şöbəyə gətirilib və haqqında protokol tərtib olunub. Protokol tərtib olunan zaman milis mayorunu söyən azərbaycanlı haqqında iş məhkəməyə göndərilib. Əzizov məhkəmədə təhqirə görə milis mayorundan üzr istəyib və belə halın bir daha təkrarlanmayacağına söz verib. Məhkəmənin qərarı ilə həmyerlimiz gəlirlərinin 10 faizi dövlət xeyrinə tutulmaqla 6 ay müddətinə məcburi islah işlərinə cəlb olunub.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR