Bank Of Baku

“Moskva” Ticarət Mərkəzində ticarətlə məşğul olan şəxsin 56 min dollarını mənimsəyən qadın həbs edilib

“Moskva” Ticarət Mərkəzində ticarətlə məşğul olan şəxsin 56 min dollarını mənimsəyən qadın həbs edilib
# 11 noyabr 2008 08:24 (UTC +04:00)
Bakı. Hafiz Heydərov - APA. “Moskva” Ticarət Mərkəzində ticarətlə məşğul olan şəxsin 56 min ABŞ dolları məbləğində pulunu mənimsəyən qadın həbs edilib. Bakı şəhər Baş Polis İdarəsindən APA-ya verilən məlumata görə, Bakı şəhər sakini, 1965-ci il təvəllüdlü Lalə Maqsud qızı Məmmədova Cinayət Məcəlləsinin 178-ci (dələduzluq) maddəsi ilə təqsirli bilinir. O, 2007-ci il noyabrın 3-də “Moskva” Ticarət Mərkəzində ticarətlə məşğul olan, 1969-cu il təvəllüdlü Unbayeva İlhamə Hidayət qızından 56 000 ABŞ dolları dəyərində qızıl-zinət əşyalarını satmaq adı ilə alıb. Lakin onun ötən müddət ərzində nə qızılları, nə də qızılların pulunu qaytarıb.

Nəsimi Rayon Polis İdarəsinin 19-cu Polis Bölməsində daxil olan şikayət ərizəsi əsasında aparılan əməliyyat-axtarış tədbirləri nəticəsində L. Məmmədova tutularaq məsuliyyətə cəlb edilib.

Hazırda onun barəsində açılmış cinayət işi üzrə istintaq tədbirləri davam etdirilir.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR