Bank Of Baku

Taksi sürücüsü bıçaqlanıb

Taksi sürücüsü bıçaqlanıb
# 11 noyabr 2008 09:24 (UTC +04:00)
Bakı. Hafiz Heydərov –APA. Bakının Binəqədi rayonunda taksi sürücüsü naməlum şəxs tərəfindən bıçaqlanıb. Klinik Tibbi Mərkəzdən APA-ya verilən məlumata görə, hadisə bu gün saat 12:00 radələrində rayonun Gülüstan küçəsindəki avtobus dayanacağında baş verib.

Binəqədi sakini, taksi sürücüsü, 34 yaşlı Zaur Səyyar oğlu Rzayev naməlum şəxs tərəfindən bıçaqlanıb. Zərərçəkən döş qəfəsinin sol nahiyəsindən aldığı ağır bıçaq xəsarəti ilə xəstəxananın reanimasiya şöbəsinə yerləşdirilib.

Hazırda Binəqədi Rayon Polis İdarəsinin istintaq qrupu tərəfindən hadisə ilə bağlı araşdırma aparılır.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR