Bank Of Baku

DİN mətbuat xidmətinin rəhbəri: “Azərbaycanın şimal bölgəsinə Daxili Qoşunların əsgərlərinin toplaşması hərbi təlimlərlə bağlıdır“

DİN mətbuat xidmətinin rəhbəri: “Azərbaycanın şimal bölgəsinə Daxili Qoşunların əsgərlərinin toplaşması hərbi təlimlərlə bağlıdır“
# 11 noyabr 2008 09:28 (UTC +04:00)
Bakı-APA. “Azərbaycanın şimal bölgəsinə Daxili Qoşunların əsgərlərinin toplaşması hərbi təlimlərlə bağlıdır”. Bu barədə APA-nın sualına cavab olaraq Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin rəhbəri, polis polkovniki Sadiq Gözəlov bildirib. DİN sözçüsü deyib ki, daxili işlər naziri tərəfindən təsdiq olunan plana əsasən hər il Daxili Qoşunlarda təlimlər keçirilir: “Bu təlimlər Daxili Qoşunlarda döyüş hazırlığının yüksəldilməsi məqsədi güdür”.
Qeyd edək ki, dünən APA-nın şimal bürosu Azərbaycanın Quba və Qusar rayonlarına Daxili Qoşunların əsgərlərinin və hərbi texnikanın yeridilməsi, bunun ərazidə silah axtarışı məqsədi ilə baş verməsi barədə xəbər yayıb. Məlumatda axtarışların əsasən Qusar rayonunun Həzrə kəndi istiqamətində aparıldığı, Qusar rayon Polis Şöbəsinin gücləndirilmiş iş rejiminə keçdiyi bildirilirdi.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR