Bank Of Baku

Azərbaycan paytaxtında dünən ər və arvadın ölümü ilə nəticələnən partlayışın baş verdiyi evdən xeyli silah sursat tapılıb

Azərbaycan paytaxtında dünən ər və arvadın ölümü ilə nəticələnən partlayışın baş verdiyi evdən xeyli silah sursat tapılıb
# 11 noyabr 2008 10:14 (UTC +04:00)
Nəsimi rayon Prokurorluğundan APA-ya verilən məlumata görə, istintaq qrupu partlayış baş verəndən sonra hadisə yerinə baxış keçirən zaman, oradan 2 ədəd “F-1” tipli əl qumbarası, 1 ədəd iri kalibrli gilizsiz güllə, 9 ədəd 7,62 mm kalibrli avtomat gülləsi, 1 ədəd avtomat darağı və “TOZ-8” Margulen tipli tüfəng üçün 1 ədəd güllə aşkar edərək götürülüb. Tapılmış silah-sursat yoxlanmaq üçün ekspertizaya göndərilib.

Prokurorluqdan həmçinin bildirilib ki, evdə baş vermiş partlayışa tapılmış silah-sursatın səbəb olması faktı hələ təsdiqlənməyib. İstintaq, həmçinin müəyyən edib ki, partlayış nəticəsində həlak olan ər-arvad - Azad Kərimov və Anya Kərimova tibbi ekspertizanın rəyinə əsasən, dəm qazından boğulublar. Faktla bağlı araşdırmalar davam etdirilir.

Qeyd edək ki, partlayış hadisəsi ötən gün, saat 08:30 radələrində Nəsimi rayonu Əbilov küçəsi, 78 ünvanında qeydə alınıb. Azad Kərimova məxsus yaşayış evində qaz sızması nəticəsində baş vermiş partlayış ər və arvadın ölümü ilə nəticələnib.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR