Bank Of Baku

Ombudsman Cəlilabad və Salyan rayon polis şöbələrinin müvəqqəti saxlama təcridxanalarına baxış keçirib

Ombudsman Cəlilabad və Salyan rayon polis şöbələrinin müvəqqəti saxlama təcridxanalarına baxış keçirib
# 11 noyabr 2008 10:24 (UTC +04:00)
Bakı. Kəmalə Quliyeva - APA. Ombudsman Elmira Süleymanova Cəlilabad və Salyan rayon polis şöbələrinin müvəqqəti saxlama təcridxanalarına baxış keçirib. Bu barədə APA-ya Ombudsman Aparatının mətbuat xidmətindən məlumat verilib. Polis şöbələri rəislərinin iştirakı ilə keçirilən baxış zamanı təcridxanalarda saxlanma şəraiti, sanitar-gigiyenik vəziyyətlə tanış olan Ombudsman polis əməkdaşlarının saxlanılan şəxslərə qarşı davranış və rəftarı ilə maraqlanıb. Ombudsman polis şöbələri rəislərinə saxlanma şəraitinin daha da yaxşılaşdırılması ilə bağlı tövsiyələr verib. Salyan rayon Polis Şöbəsində çıxışı zamanı isə E. Süleymanova polisləri “Polis haqqında” qanunun tələblərinə riayət etməyə və peşə etikasını gözləməyə çağırıb.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR