Bank Of Baku

Bakıdakı ticarət mərkəzlərindən birində oğurluq etməkdə təqsirləndirilən şəxs tutulub

Bakıdakı ticarət mərkəzlərindən birində oğurluq etməkdə təqsirləndirilən şəxs tutulub
# 11 noyabr 2008 10:39 (UTC +04:00)
Bakı. Hafiz Heydərov –APA. Bakıdakı “Velotrek”də yerləşən Ticarət Mərkəzində oğurluq hadisəsi baş verib. Bakı şəhər Baş Polis İdarəsindən APA-ya verilən məlumata görə, hadisə ötən gün qeydə alınıb. Adıçəkilən ticarət mərkəzində alverlə məşğul olan İslam İlham oğlu Azayevə məxsus dükandan 300 manat dəyərində parçanın oğurlanması barədə Nəsimi Rayon Polis İdarəsinə məlumat daxil olub. Daxil olan məlumat əsasında 20-ci Polis Bölməsi əməkdaşlarının keçirdiyi əməliyyat-axtarış tədbirləri nəticəsində hadisəni törətməkdə təqsirləndirilən, əvvəllər məhkum olunmuş, 1964-cü il təvəllüdlü Azad Nəsrəddin oğlu Mikayılov saxlanılıb. Təqsirləndirilən şəxs ilkin istintaqa verdiyi ifadəsində oğurluq əməlini tamah məqsədi ilə törətdiyini etiraf edib. Onun barəsində Cinayət Məcəlləsinin 177-ci (oğurluq) maddəsi ilə cinayət işi başlanılıb, araşdırma aparılır.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR