Bank Of Baku

İmişli, İsmayıllı, Quba və Lənkəran rayonlarında baş verən yol qəzaları ölümlə nəticələnib

İmişli, İsmayıllı, Quba və Lənkəran rayonlarında baş verən yol qəzaları ölümlə nəticələnib
# 11 noyabr 2008 11:02 (UTC +04:00)
Bakı-APA. Dünən saat 11.40 radələrində İmişli rayonu ərazisində, rayon sakini İlkin Tağıyev "QAZ-2410" markalı avtomaşını idarə edərkən Şəmmədli kənd sakinləri Mələk Əliyeva və Mədinə Pənahovanı vurub. Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən APA-ya verilən məlumata görə, xəsarət alan M. Əliyeva və M. Pənəhova xəstəxanaya yerləşdiriliblər. M. Əliyeva orada dünyasını dəyişib. Dünən saat 07.30 radələrində İsmayıllı rayonunun Təzəkənd kəndinin ərazisində, Abşeron rayon sakini Bəhram Məmmədov "VAZ-21074" markalı avtomaşını idarə edərkən onu aşırıb. Nəticədə B. Məmmədovun sərnişini - anası Südabə hadisə yerində dünyasını dəyişib. Saat 15.00 radələrində Quba rayonunun Qaraçay kəndi ərazisində, Sumqayıt şəhər sakini Eldəniz Məmmədov "Kraz" markalı avtomaşını idarə edərkən kənd sakini Rahib Qəribovu vurub. Məlumata görə, R. Qəribov hadisə yerində ölüb. Elə həmin gün 18.40 radələrində Lənkəran Vel kəndi ərazisində, müəyyən edilməmiş avtomaşınla kənd sakini İlhamə Mahmudovanı vurub. Nəticədə xəsarətlə xəstəxanaya yerləşdirilən İ. Mahmudova orada ölüb.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR