Bank Of Baku

Saratov vilayət administrasiyasının binasının partladılacağı barədə milisə anonim zəng edən azərbaycanlı həbs olunub

Saratov vilayət administrasiyasının binasının partladılacağı barədə milisə anonim zəng edən azərbaycanlı həbs olunub
# 11 noyabr 2008 12:58 (UTC +04:00)
Saratov-APA. Saratov vilayət administrasiyasının binasının minalanması haqqında milisə telefonla yalan məlumat verən 55 yaşlı Azərbaycan vətəndaşı saxlanıb. APA-nın məlumatına görə, adı açıqlanmayan soydaşımız milisə zəng vurmadığını və binaya bomba qoyulduğu barədə məlumat vermədiyini desə də, hüquq-mühafizə orqanları zəngin onun adına qeydiyyatdan keçirilmiş telefondan edildiyini bildirirlər. Qeyd edək ki, anonim zəngdən sonra binada kinoloqlar və istehkamçılar tərəfindən aparılan axtarışlar nəticəsiz qalıb.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR