Bank Of Baku

Bir neçə gündən sonra toyu olacaq qızının cehizi oğurlanan ata sarsıntı keçirərək vəfat edib

Bir neçə gündən sonra toyu olacaq qızının cehizi oğurlanan ata sarsıntı keçirərək vəfat edib
# 11 noyabr 2008 13:51 (UTC +04:00)
Bakı. Ülkər Qasımova, Hafiz Heydərov - APA. Bakının Xətai rayonunda bir həftə ərzində qonşuluqda yerləşən binalarda mənzillər qarət olunub. Bu barədə APA-ya məlumat verən sakinlər hadisənin rayonun M. Hadi küçəsi, bina 63 və 63 a-da baş verdiyini bildiriblər. Sakinlərin sözlərinə görə, qarətçilər 63 a saylı binada yaşayan, Tibb Universitetinin biologiya fakultəsinin müəllimi Tofiq Oruc oğlu Məmmədova məxsus mənzilə daxil olaraq, bir neçə gündən sonra toyu olacaq qızı, Sevda Məmmədovanın qızıl-zinət əşyalarını və külli miqdarda pul aparıblar. Bu hadisədən ağır sarsıntı keçirən T. Məmmədov elə həmin gün ürək tutmasından vəfat edib. Hadisədən bir neçə gün sonra isə qonşuluqdakı 63 saylı binada yaşayan, Nəsimi Rayon Polis İdarəsinin əməkdaşı, Ələmdar Allahverdi oğlu Fərhadovun mənzilindən oğurluq olub. Qarətçilər polis əməkdaşının mənzilindən də külli miqdarda pul və qızıl-zinət əşyaları aparıblar. Sakinlər soyğunçuların hələ də tapılmamasından narahat olduqlarını bildiriblər.

Xətai Rayon Polis İdarəsinin 36-cı polis bölməsinin sözügedən ərazi üzrə sahə müvəkkili Ələkbər Məmmədov APA-ya açıqlamasında baş vermiş oğurluq hadisələri ilə bağlı məlumatları olduğunu, qarətçilərin tapılması istiqamətində əməliyyat-axtarış tədbirlərinin davam etdirildiyini bildirib. O, həmçinin oğurluq hadisələrinin gündüz saatlarında baş verdiyini, oğruların mənzillərə açar seçmə yolu ilə daxil olduqlarını bildirib.

Qeyd edək ki, bu ilin mayında da həmin binalarda yerləşən bir neçə mənzil qarət olunub.

Faktla bağlı araşdırmalar davam etdirilir.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR