Bank Of Baku

Tərtərdə mal-qara oğurluğunda təqsirləndirilən şəxslər tutulub

Tərtərdə mal-qara oğurluğunda təqsirləndirilən şəxslər tutulub
# 11 noyabr 2008 14:07 (UTC +04:00)
Tərtər. Teymur Zahidoğlu-APA. Tərtər rayon Polis Şöbəsinin əməkdaşları rayonun Hacıqərvənd kənd sakinləri - 1984-cü il təvəllüdlü, əvvəllər məhkum olunmuş İsmayılov Tural İsmayıl oğlunu və 1988-ci il təvəllüdlü Quliyev İlham İslam oğlunu saxlayıblar. APA-nın Qarabağ bürosunun xəbərinə görə, onlar mal-qara oğurluğunda təqsirləndirilirlər. Saxlanılan şəxslər ayrı-ayrı zamanlarda öz həmkəndliləri Haqverdiyev Mamed Əjdər oğlu, Teymurov Süleyman Məhərrəm oğlu, Şirinov Pəhləvan Arıq oğluna məxsus xırda buynuzlu heyvanları oğurlamaqda təqsirləndirilirlər. Məlumata görə, T. İsmayılov və İ. Quliyev törətdikləri əməlləri etiraf ediblər. Onlar ilkin ifadələrində son oğurluq hadisəsini oktyabrın 7-də həyata keçirdiklərini bildiriblər.
Qeyd olunub ki, bu günlərdə Tərtər rayonunda daha geniş miqyaslı mal-qara oğurluğunda təqsirləndirilən beş nəfərlik mütəşəkkil dəstənin üzvləri də həbs ediliblər. Hələlik saxlanılan şəxslər barədə məlumat verilmir.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR