Bank Of Baku

Gəncə sakini Bakıda qarət olunub

Gəncə sakini Bakıda qarət olunub
# 11 noyabr 2008 15:49 (UTC +04:00)
Bakı. Hafiz Heydərov –APA. Gəncə sakini Bakıda qarət olunub. Nizami rayon Polis İdarəsinin 25-ci Polis Bölməsindən APA-ya verilən məlumata görə, hadisə bu gün “Komfort” mebel mağazasının qarşısında baş verib. Gəncə şəhər sakini, 1983-cü il təvəllüdlü Qəhrəman Mayıl oğlu Qurbanəliyev naməlum şəxslərin basqınına məruz qalıb. Qarətçilər onun cibində olan pulunu, mobil telefonunu və nişan üzüyünü alaraq hadisə yerindən qaçıblar. Hazırda polis əməkdaşları hadisəni törədənlərin tapılması istiqamətində əməliyyat-axtarış tədbirləri həyata keçirir.
Məlumata görə, Q. Qurbanəliyev ustalıqla məşğul olur, Bakı şəhərinə işləmək məqsədi ilə gəlib.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR