Bank Of Baku

Saxta uduşsuz lotereya və oyun biletləri hazırlayaraq satan Naxçıvan sakinləri həbs olunub

Saxta uduşsuz lotereya və oyun biletləri hazırlayaraq satan Naxçıvan sakinləri həbs olunub
# 12 noyabr 2008 07:25 (UTC +04:00)
Naxçıvan. C. Qurbanoğlu-APA. Naxçıvan Muxtar Respublikasında kustar üsulla hazırlanmış uduşsuz lotereya və oyun biletləri satan Naxçıvan şəhər sakinləri tutulub. Naxçıvan MR Daxili İşlər Nazirliyindən APA-nın yerli bürosuna verilən məlumata görə, aparılan əməliyyat tədbirləri nəticəsində Qafarov Bədəl Həbib oğlu və Nəcəfov Məmməd Nüsrət oğlunun Naxçıvan şəhərinin 57-ci məhəlləsində yerləşən Ticarət Mərkəzində dələduzluq yolu qeyri-qanunu olaraq ev şəraitində kustar üsulla hazırlanmış saxta lotereya və sprint oyun biletləri satdığı, uduşa qiymətli əşyalar qoyulduğu halda, həmin lotereya və biletlərdə heç bir uduş olmadığı müəyyənləşib. Faktla bağlı araşdırmalar davam edir.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR