Bank Of Baku

Biləcəridə qətl hadisəsi baş verib

Biləcəridə qətl hadisəsi baş verib
# 12 noyabr 2008 07:34 (UTC +04:00)
Bakı. Hafiz Heydərov-APA. Azərbaycan paytaxtında qətl hadisəsi baş verib. Bakı şəhər Baş Polis İdarəsindən APA-ya verilən məlumata görə, hadisə ötən gecə Biləcəri qəsəbəsində baş verib. Qəsəbə sakini, 1968-ci il təvəllüdlü Rasim Şahbaz oğlu Əmrahov qısqanclıq zəminində qeyri-rəsmi nikah münasibətlərində olduğu 1983-cü il təvəllüdlü Madonna Qəhri qızı Sadıxovanı bıçaqlayıb. Döş qəfəsinin sol nahiyəsindən 3 ağır bıçaq zərbəsi alan Madonna Sadıxova aldığı xəsarətdən hadisə yerindəcə keçinib. Binəqədi rayon Polis İdarəsinin 6-cı polis bölməsi əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində R. Əmrahov həbs edilib. Faktla bağlı Binəqədi rayon prokurorluğunda Cinayət Məcəlləsinin 120-ci (qəsdən adam öldürmə) maddəsi ilə cinayət işi başlanıb, araşdırma aparılır.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR