Bank Of Baku

26 yaşlı Zaqatala sakini Bakıda özünü qatarın altına ataraq intihar edib

26 yaşlı Zaqatala sakini Bakıda özünü qatarın altına ataraq intihar edib
# 12 noyabr 2008 09:16 (UTC +04:00)
Bakı. Hafiz Heydərov - APA. 26 yaşlı Zaqatala sakini Bakıda özünü qatarın altına ataraq intihar edib. Keşlə qəsəbəsində yerləşən Dəmiryol Xətt Polisindən (DXP) APA-ya verilən məlumata görə, hadisə bu gün səhər saat 07:00 radələrində, Biləcəri-Keşlə dəmiryol xəttinin 2649-cu kilometrliyində baş verib. Zaqatala sakini, 1981-ci il təvəllüdlü Aynur Farizxan qızı Məmmədzadə özünü yüksək sürətlə hərəkət edən qatarın altına atıb.

A. Məmmədzadənin meyiti DXP əməkdaşları tərəfindən meyitxanaya aparılıb.

Hazırda Binəqədi Rayon Prokurorluğunun istintaq qrupu tərəfindən hadisə ilə bağlı araşdırma aparılır.

Prokurorluqdan APA-ya bildirilib ki, hadisənin intihar olması hələ təsdiqlənməyib.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR