Bank Of Baku

Volqoqradda skinxedlər 17 yaşlı azərbaycanlını qətlə yetiriblər

Volqoqradda skinxedlər 17 yaşlı azərbaycanlını qətlə yetiriblər
# 12 noyabr 2008 09:37 (UTC +04:00)
Lənkəran. Ağəddin Babayev-APA. Rusiyada daha bir həmyerlimiz skinxedlər tərəfindən öldürülüb.

Lənkəran rayonun Şağlaser kənd sakini, 1991-ci il təvəllüdlü İlqar Bəxtiyar oğlu Əsgərov Rusiyanın Volqoqrad şəhərində qətlə yetirilib. Mərhumun qohumlarının APA-nın Cənub bürosuna verdiyi məlumata görə, İlqar Əsgərov skinxedlər tərəfindən öldürülüb. Skinxedlər onun baş və döş nahiyəsinə soyuq alət və bıçaqla zərbələr endirərək qətlə yetiriblər. Volqoqrad hüquq-mühafizə orqanları qatillərdən bir neçəsini həbs edib. İlqar Əsgərovun cəsədi bu gün Vətənə gətirilib və Şağlaser kənd qəbiristanlığında dəfn olunub.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR