Bank Of Baku

Azərbaycan paytaxtında keçiriləcək “Enerji Sammiti” ilə əlaqədar nəqliyyatın hərəkəti məhdudlaşdırılacaq

Azərbaycan paytaxtında keçiriləcək “Enerji Sammiti” ilə əlaqədar nəqliyyatın hərəkəti məhdudlaşdırılacaq
# 12 noyabr 2008 10:04 (UTC +04:00)
Bakı. Hafiz Heydərov - APA. Azərbaycan paytaxtında keçiriləcək IV “Enerji Sammiti” ilə əlaqədar şəhərin giriş və çıxışlarında, həmçinin tədbir keçiriləcək ərazidə nəqliyyat vasitələrinin hərəkətinə məhdudiyyət tətbiq olunacaq. Bakı şəhər Dövlət Yol Polisi İdarəsinin şöbə rəisi Vaqif Əsədovun APA-ya verdiyi məlumata görə, noyabrın 13-14-də Bakıda keçiriləcək “Enerji Sammiti”ndə iştirak edəcək yüksək səviyyəli qonaqların hərəkətinin təhlükəsizliyini təmin etmək məqsədi ilə şəhərin giriş və çıxışlarında, habelə Mətbuat, Hüseyn Cavid, Parlament, İnşaatçılar, Neftçilər, Nobel, Heydər Əliyev, Parlament, Zərifə Əliyeva, Bülbül prospektləri, Azneft, Azadlıq, Füzuli, meydanları, Mehdi Hüseyn, Mikayıl Müşfiq, Teymur Elçin, Niyazi, Rəşid Behbudov küçələrində nəqliyyat vasitələrinin hərəkəti məhdudlaşdırılacaq.

Bu məqsədlə Bakı-Salyan şosesinin 14-cü km-dən, 20-ci sahə dairəsindən, Şəhər şosesi-Balaxanı döngəsindən, Buzovna və Mərdəkan dairələrindən Priallahı şosesinin - Türkan qəsəbə döngəsində avtomobillərin hərəkət istiqaməti dəyişdiriləcək. Sürücülərdən yarana biləcək tıxacların qarşısını almaq məqsədi ilə qeyd olunan ərazilərdə mümkün qədər avtomobillərindən az istifadə etmələri xahiş olunur.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR