Bank Of Baku

Azərbaycan Ordusunun əsgəri müəmmalı şəkildə ölüb

Azərbaycan Ordusunun əsgəri müəmmalı şəkildə ölüb
# 12 noyabr 2008 11:43 (UTC +04:00)
APA-nın Qarabağ bürosunun məlumatına görə, hadisə noyabrın 11-də baş verib. Bu il Bərdə Rayon Hərbi Komissarlığından hərbi xidmətə çağırılmış, Bərdə şəhər sakini, 1989-cu il təvəllüdlü Məmmədzadə Aqşin Bolu oğlunun vəfat etməsi barədə xəbər ailəsinə bu gün səhər çatdırılıb.

Bir neçə gün əvvəl əsgərin ailəsinə övladlarının zəhərlənməsi barədə məlumat verilib. A. Məmmədzadənin valideynləri dünən ona baş çəkiblər. Valideynləri evə qayıtdıqdan bir gün sonra – bu gün səhər isə övladlarının ölüm xəbərini alıblar. Əsgərin hansı səbəbdən və hansı şəraitdə vəfat etməsi hələlik məlum deyil. Faktla bağlı araşdırma aparılır.

Müdafiə Nazirliyinin mətbuat xidmətindən bu barədə hər hansı məlumata malik olmadıqlarını bildiriblər.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR