Bank Of Baku

Azərbaycan Dövlət Gömrük Komitəsinin əməkdaşları “Bakı-Tümen” qatarında 59 kq-dək narkotik vasitə aşkar ediblər

Azərbaycan Dövlət Gömrük Komitəsinin əməkdaşları “Bakı-Tümen” qatarında 59 kq-dək narkotik vasitə aşkar ediblər
# 12 noyabr 2008 13:42 (UTC +04:00)
DGK-dan APA-ya verilən məlumata görə, gömrük əməkdaşlarının 373 saylı “Bakı-Tümen” sərnişin qatarına keçirilən gömrük baxışı zamanı həmin qatarın vaqon restoranının fəhləsi Ağakərim Rəhimov və 8-ci vaqonun sərnişini Vəfadar Musəviyə məxsus iki əl çantasında olan şəxsi geyim əşyalarının arasından 59 polietilen paketdə qabalaşdırılmış, ümumi xalis çəkisi 58 kq 720 qram kustar üsulla hazırlanan narkotik vasitə-həşiş qətranı aşkar olunaraq götürülüb.

Faktla bağlı qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən satış məqsədilə qanunsuz olaraq narkotik vasitələri külli miqdarda əldə etmə, saxlama, daşıma və Azərbaycanın gömrük sərhədindən gömrük nəzarətindən gizli keçirmə faktına görə Cinayət Məcəlləsinin 206.3.2 234.4.1 və 234.4.3-cü maddələri ilə cinayət işi başlanıb.

İstintaq zamanı məlum olub ki, A. Rəhimov istintaqa məlum olmayan “Xalid” adlı şəxsə çatdırmaq üçün 59 bağlamada 58 kq 720 qram olan həşiş qətranını Şahin Mikayılovdan təhvil almağı bacısı oğlu V. Musəviyə həvalə edib. V. Musəvi Bakı şəhərində Ş. Mikayılovdan əldə etdiyi narkotik vasitəni 373 saylı “Bakı-Tümen” qatarının 8-ci vaqonunun 18-ci yerinin yük üçün nəzərdə tutulan hissəsinə yerləşdirib və Xaçmaz Gömrük İdarəsinin “Yalama” gömrük postunun ərazisində gömrük nəzarətindən gizli keçirməyə cəhd göstərib.

Faktla bağlı şübhəli şəxs qismində saxlanılmış A. Rəhimov, V. Musəvi və Ş. Mikayılova Cinayət Məcəlləsinin müvafiq maddələri ilə ittiham elan edilərək, barələrində Yasamal rayon Məhkəməsinin qərarı ilə həbs-qətimkan tədbiri seçilib.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR