Bank Of Baku

Ağsu və Bakıda bir neçə mağazadan oğurluq etmiş iki yeniyetmə həbs olunub

Ağsu və Bakıda bir neçə mağazadan oğurluq etmiş iki yeniyetmə həbs olunub
# 12 noyabr 2008 13:46 (UTC +04:00)
Ağsu. Şahnəzər Bəşirov-APA. Ağsu və Bakıda mağazalardan oğurluq edən iki nəfər yeniyetmə həbs olunub. APA-nın yerli bürosunun məlumatına görə, Ağsu rayon Polis Şöbəsi əməkdaşlarının keçirdikləri əməliyyat nəticəsində Ağsu sakini, 1991-ci il təvəllüdlü Rəhimov Seymur Siyavuş oğlu və Bakı sakini, 1993-cü il təvəllüdlü Kazımov İbrahim Osman oğlu saxlanılıb. Araşdırma zamanı yeniyetmələrin Ağsu ərazisində 5, Bakının Nəsimi, Binəqədi və Səbayel rayonlarında bir neçə mağazanı yardıqları müəyyənləşib. Saxlanan şəxslərin barəsində Cinayət Məcəlləsinin 177-ci maddəsinin (oğurluq) bir neçə müddəası üzrə cinayət işi başlanıb, araşdırma gedir.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR