Bank Of Baku

Azərbaycan Ordusunun əsgəri qızdırma əleyhinə iynədən şoka düşərək vəfat edib

Azərbaycan Ordusunun əsgəri qızdırma əleyhinə iynədən şoka düşərək vəfat edib
# 12 noyabr 2008 14:28 (UTC +04:00)
APA-nın Qarabağ bürosunun məlumatına görə, 1990-cı il təvəllüdlü Adıgözəlov Ruslan Etibar oğlu noyabrın 10-da dünyasını dəyişib. Məhrumun yaxınlarının verdiyi məlumata görə, R. Adıgözəlovun hərarəti kəskin yüksəlib, vurulan iynə isə onu şoka salıb. Şokdan ayılmayan əsgər dünyasını dəyişib.

R. Adıgözəlov Ağdam rayonunun Boyəhmədli ərazi nümayəndəliyinin Sofulu kəndində anadan olub. Məcburi köçkün kimi Mingəçevirdə məskunlaşan R. Adıgözəlov hərbi xidmətə də Mingəçevir şəhər Hərbi Komissarlığından çağırılıb.

Müdafiə Nazirliyinin mətbuat xidmətindən hadisə ilə bağlı məlumat almaq mümkün olmayıb.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR