Bank Of Baku

Beynəlxalq Qızıl Xaç Komitəsinin nümayəndələri Ermənistanda əsirlikdə olan Azərbaycan əsgəri ilə görüşüblər

Beynəlxalq Qızıl Xaç Komitəsinin nümayəndələri Ermənistanda əsirlikdə olan Azərbaycan əsgəri ilə görüşüblər
# 13 noyabr 2008 12:18 (UTC +04:00)
Bu barədə APA-ya BQXK-nın Azərbaycan nümayəndəliyinin mətbuat xidmətinin rəhbəri Gülnaz Quliyeva məlumat verib. G. Quliyeva bildirib ki, BQXK-nın Ermənistan nümayəndəliyinin əməkdaşları Rafiq Həsənova noyabrın 7-də üçüncü dəfə baş çəkib, onun saxlanma şəraitinin monitorinqini aparıblar. Rafiq Həsənovun məktubu ailəsinə çatdırılıb.

G. Quliyeva bildirib ki, ailəsi də Rafiq Həsənova növbəti dəfə məktub göndərib.

Qeyd edək ki, Azərbaycan Müdafiə Nazirliyinin “N” saylı hərbi hissəsinin əsgəri, 1989-cu il təvəllüdlü Həsənov Rafiq Rəhman oğlu 8 oktyabr 2008-ci il tarixdə Qazaq rayonun Kəmərli kəndi istiqamətində qoşunların təmas xəttində Ermənistan hərbçiləri tərəfindən naməlum şəraitdə əsir götürülüb.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR