Bank Of Baku

Azərbaycan paytaxtında ağır yol qəzası baş verib, ölən və yaralanan var

Azərbaycan paytaxtında ağır yol qəzası baş verib, ölən və yaralanan var
# 15 noyabr 2008 07:50 (UTC +04:00)
Bakı. Hafiz Heydərov - APA. Bu gecə Buzovna qəsəbəsində ağır yol qəzası baş verib. Bakı şəhər Baş Polis İdarəsindən APA-ya verilən məlumata görə, qəza nəticəsində bir nəfər ölüb, bir nəfər isə ağır yaralanıb. Bakı şəhər sakini, 1957-ci il təvəllüdlü Mircavid Məmməd oğlu Seyidov idarə etdiyi “İnfiniti” markalı, 50 BV 175 dövlət nömrə nişanlı maşını yol kənarındakı ağaca çırpıb. Qəza nəticəsində M. Seyidov yerindəcə keçinib, avtomobildə olan sərnişin, 1974-cü il təvəllüdlü Eldar Tofiq oğlu Əliyev isə ağır bədən xəsarəti ilə xəstəxanaya yerləşdirilib.

Həkimlər onun vəziyyətini ağır qiymətləndirirlər. Faktla bağlı araşdırma aparılır.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR