Bank Of Baku

Avtobus 82 yaşlı qocanı vurub

Avtobus 82 yaşlı qocanı vurub
# 15 noyabr 2008 10:12 (UTC +04:00)
Bakı. Hafiz Heydərov – APA. Azərbaycan paytaxtında avtobus 82 yaşlı qocanı vurub. Nizami rayon Polis İdarəsindən APA-ya verilən məlumata görə, noyabrın 14-də axşam R. Rüstəmov küçəsində Gürcüstan vətəndaşı, 1980-cı il təvəllüdlü Asif Mustafayev idarə etdiyi “Daewoo” markalı, 10 BV 278 dövlət nömrə nişanlı sərnişin avtobusu ilə yol kənarında duran 1926-cı il təvəllüdlü Məhəmməd Haqverdiyevi vurub. M. Haqverdiyev aldığı xəsarətdən hadisə yerindəcə keçinib. Faktla bağlı araşdırma aparılır.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR