Bank Of Baku

Bakıda 25 yaşlı gənci qətlə yetirməkdə təqsirləndirilən şəxs həbs edilib

Bakıda 25 yaşlı gənci qətlə yetirməkdə təqsirləndirilən şəxs həbs edilib
# 21 noyabr 2008 09:00 (UTC +04:00)
Bakı. Hafiz Heydərov –APA. Ötən gün Binəqədi rayonunda 25 yaşlı gənci qətlə yetirən şəxs həbs edilib. Bakı şəhər Baş Polis İdarəsindən APA-ya verilən məlumata görə, Binəqədi rayon Polis İdarəsinin Cinayət Axtarış Şöbəsi əməkdaşlarının keçirdiyi əməliyyat tədbirləri nəticəsində qətl hadisəsinin 16 yaşlı yeniyetmə tərəfindən törədildiyi müəyyən edilib. Aparılan əməliyyat-axtarış tədbirləri nəticəsində, qətl hadisəsini törətməkdə təqsirləndirilən 1992-ci il təvəllüdlü Kənan Eynulla oğlu Kərimov saxlanılıb. O, ilkin dindirilmə zamanı törətdiyi cinayət əməlini etiraf edib. K. Kərimovun istintaqa verdiyi ifadəsinə görə, Əvəz Əzimovu qətlə yetirməsinə mərhumun onun bacısına sataşması səbəb olub. Faktla bağlı Binəqədi rayon Prokurorluğu tərəfindən araşdırma aparılır.
Qeyd edək ki, Binəqədi rayon sakini, 1983-cü il təvəllüdlü Ə. Əzimovun meyidi ötən gün yaşadığı küçədə aşkarlanıb. Onun bıçaqlanaraq qətlə yetirildiyi bildirilir. Faktla bağlı Binəqədi rayon Prokurorluğunda Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə cinayət işi başlanılıb.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR