Bank Of Baku

“İdeal” qəzetinin təsisçisi Nazim Quliyevin bir neçə qohumu həbs edilib

“İdeal” qəzetinin təsisçisi Nazim Quliyevin bir neçə qohumu həbs edilib
# 21 noyabr 2008 09:25 (UTC +04:00)
Bakı. Elnur Məmmədli – APA. “İdeal” qəzetinin təsisçisi Nazim Quliyevin bir neçə qohumu həbs edilib. APA-nın məlumatına görə, bu barədə təsisçinin qardaşı Bəhruz Quliyev bu gün selektor vasitəsi ilə keçirdiyi mətbuat konfransda məlumat verib. Onun sözlərinə görə, mətbuat konfransı keçirmək istəyən N. Quliyevin qohumlarına müxtəlif istiqamətlərdən təzyiq və hədələr olduğundan onlar konfransın təyin edildiyi yerə gələ bilməyiblər. B. Quliyev bildirib ki, N. Quliyevə qarşı irəli sürülən ittihamların əsası yoxdur, çünki o, təsisçi olaraq qəzetin yaradıcılıq işinə qarışmayıb: “Qəzetin baş redaktoru Əli Həsənov isə 6 ay müddətinə həbs edilib. Dünən axşam saat 19.00 radələrində bacım oğlu Kərəmov Əfqan İlqar oğlu Baş Mütəşəkkil Cinayətkarlığa Qarşı Mübarizə İdarəsindən buraxıldı. Hazırda isə qaynım Məmmədov Azər Ağaməmməd oğluna 5 sutka, mənim ofisimin gözətçisi Taleh Musayevə 10 sutka həbs cəzası verilib. Onlar hazırda Baş Mütəşəkkil Cinayətkarlığa Qarşı Mübarizə İdarəsində saxlanılırlar”.

B. Quliyev bir neçə gün əvvəl onların evinə anonim zəng gəldiyini, zəng edən şəxsin N. Quliyevin öldürüldüyünü bildirdiyini söyləyib: “Zəng edən şəxs bütün ailə üzvlərinin öldürüləcəyini deyib”.

B. Quliyev N. Quliyev barəsində həbs-qətimkan tədbiri seçiləndən sonra onunla əlaqələrinin olmadığını, yerini bilmədiklərini deyib: “Onun ölüsündən, dirisindən xəbərimiz yoxdur. Özü də evlə əlaqə saxlamır”.

O, hədələrlə bağlı hüquq mühafizə orqanlarına müraciət edildiyini də bildirib.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR