Bank Of Baku

Vətəndaşların işə düzəltmək adı ilə külli miqdarda pulunu mənimsəməkdə təqsirləndirilən şəxs həbs edilib

Vətəndaşların işə düzəltmək adı ilə külli miqdarda pulunu mənimsəməkdə təqsirləndirilən şəxs həbs edilib
# 21 noyabr 2008 09:27 (UTC +04:00)
~Bakı. Hafiz Heydərov –APA. Vətəndaşların işə düzəltmək adı ilə külli miqdarda pulunu mənimsəməkdə təqsirləndirilən şəxs həbs edilib. Bakı şəhər Baş Polis İdarəsindən APA-ya verilən məlumata görə, Bakı şəhər sakini, 1977-ci il təvəllüdlü Həsən Əli oğlu Həsənov Suraxanı rayon Polis İdarəsinin 31-ci Polis Bölməsi əməkdaşlarının keçirdiyi əməliyyat-axtarış tədbirləri nəticəsində Şəmkir rayonunda tutulub. Onun Bakı şəhərində vətəndaşlardan işə düzəltmək adı ilə külli miqdarda pul aldığı bildirilir. Suraxanı rayon Polis İdarəsinə daxil olmuş şikayətlər əsasında H. Həsənovun barəsində Cinayət Məcəlləsinin 178-ci (dələduzluq) maddəsi ilə cinayət işi başlanılıb, araşdırma aparılır.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR