Bank Of Baku

Azərbaycanda 2008-ci il ərzində 14 mina hadisəsi baş verib

Azərbaycanda 2008-ci il ərzində 14 mina hadisəsi baş verib
# 21 noyabr 2008 09:41 (UTC +04:00)
Bakı. Ramil Məmmədli - APA. Azərbaycanda 2008-ci il ərzində mina və hərbi sursatın partlaması nəticəsində 13 nəfər xəsarət alıb, 1 nəfər mülki şəxs isə həlak olub. APA-nın məlumatına görə, bu barədə “Minalar Əleyhinə Azərbaycan Kampaniyası” İctimai Birliyinin sədri Hafiz Səfixanov bildirib. Xəsarət alanlardan 11-i mülki şəxs, 2-si isə hərbçidir. Mina partlaması nəticəsində yaralananlar arasında 2 uşaq da var: “Qeyd olunan dövr ərzində mina və hərbi sursatın partlaması halları Bakı, Ağdam, Füzuli, Tər-tər və Xocavənd ərazilərində qeydə alınıb”.

H. Səfixanovun sözlərinə görə, 2007-ci ildə baş vermiş 17 analoji hadisə nəticəsində 32 nəfər zərər çəkib. Onlardan 14-ü mülki şəxs, 18-i isə hərbçi olub. Bu hadisələr nəticəsində 5-i mülki şəxs olmaqla, 10 nəfər həlak olub. H. Səfixanov Azərbaycanda mülki şəxslərin mina və partlamamış sursatlardan zərər çəkməsi hallarının çox olduğunu da vurğulayıb.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR