Bank Of Baku

Bakıda rəfiqəsini döyməkdə təqsirləndirilən qadın həbs edilib

Bakıda rəfiqəsini döyməkdə təqsirləndirilən qadın həbs edilib
# 21 noyabr 2008 09:46 (UTC +04:00)
Bakı. Hafiz Heydərov –APA. Bakı şəhərində rəfiqəsini döyməkdə təqsirləndirilən qadın həbs edilib. Bakı şəhər Baş Polis İdarəsindən APA-ya verilən məlumata görə, Bakı şəhər sakini, 1969-cu il təvəllüdlü Qızılgül Babaqulu qızı Ağaquluyeva Cinayət Məcəlləsinin 127-ci (qəsdən sağlamlığa ağır zərər vurma) və 132-ci (döymə) maddələri ilə axtarışda olub. Q. Ağaquliyevanın şəxsi münaqişə zəmnində yaxın rəfiqəsini döydüyü bildirilir. Nəsimi rayon Polis İdarəsinin 19-cu Polis Bölməsi əməkdaşlarının keçirdiyi əməliyyat-axtarış tədbirləri nəticəsində Q. Ağaquliyeva həbs edilib. Onun barəsində açılmış cinayət işi üzrə istintaq tədbirləri davam etdirilir.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR