Bank Of Baku

Türkiyə paytaxtında baş vermiş avtomobil qazasında azərbaycanlı qadın dünyasını dəyişib - FOTO

Türkiyə paytaxtında baş vermiş avtomobil qazasında azərbaycanlı qadın dünyasını dəyişib - <font color=red>FOTO </font>
# 21 noyabr 2008 10:59 (UTC +04:00)
Ankara – APA. Türkiyənin paytaxtı Ankara şəhərində baş vermiş avtomobil qazası nəticəsində Nigar Zərbəli adlı azərbaycanlı dünyasını dəyişib. APA-nın Türkiyə mətbuatına istinadən verdiyi məlumata görə, noyabrın 10-da N. Zərbəlinin əkiz bacısı Həcər idarə etdiyi avtomobili Ankaranın Hasköy səmtində yol kənarındakı maneələrə çırpıb. Həcər zədə almasa da, ön oturacaqda oturan Nigarın başı maşının şüşəsinə dəyib. Ağır vəziyyətdə xəstəxanaya çatdırılan N. Zərbəli əməliyyat olunsa da, 8 gün sonra dünyasını dəyişib. O, Ankaranın Karşıyaka məzarlığında dəfn edilib.

Qeyd edək ki, 1977-ci ildə Bakıda doğulan Nigar və Həcər bacıları orta təhsillərini Türkiyə paytaxtındakı Qazi Anadolu liseyində tamamlayıblar. Əkizlər 1998-ci ildə Ankaradakı Qazi Universitetinin hüquq fakültəsinə daxil olublar və 2002-ci ildə ali məktəbi bitiriblər. Hər ikisi 2004-cü ildə Ankara Vəkillər Kollegiyasına qəbul edilərək vəkil kimi fəaliyyətə başlayıblar.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR