Bank Of Baku

Masazırda təbii qazın sızmasından yanğına keçən partlayış baş verib

Masazırda təbii qazın sızmasından yanğına keçən partlayış baş verib
# 21 noyabr 2008 11:12 (UTC +04:00)
Bakı-APA. Bu gün saat 06.00 radələrində Masazır qəsəbəsində, qəsəbə sakini Rəfael İsmayılova məxsus 2 mərtəbəli fərdi evdə ilkin məlumatlara əsasən təbii qazın sızmasından yanğına keçən partlayış baş verib. Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən APA-ya verilən məlumata görə, nəticədə evin qapı və pəncərə çərçivələri yerindən çıxıb, divarlarda çat əmələ gəlib, ev əşyaları qismən yanıb. Xəsarət alan Rəfael İsmayılov və onun həyat yoldaşı Almaz Cavadova isə xəstəxanaya yerləşdirilib. Faktla bağlı araşdırmalar aparılır.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR