Bank Of Baku

Bakıda baş verən yol qəzasında 2 nəfər ağır yaralanıb

Bakıda baş verən yol qəzasında 2 nəfər ağır yaralanıb
# 24 noyabr 2008 11:49 (UTC +04:00)
Bakı. Hafiz Heydərov-APA. Bakı şəhərində “KamAz” və “Mercedes” markalı avtomobillərin toqquşması nəticəsində iki nəfər ağır yaralanıb. Sabunçu rayon Polis İdarəsindən (RPİ) APA-ya verilən məlumata görə, hadisə bu gün saat 14.00 radələrində Balaxanı qəsəbəsində baş verib. Qəsəbə sakini, 1985-ci il təvəllüdlü Yusif Məmmədovun idarə etdiyi “Mercedes” markalı, 10 GX 435 dövlət nömrə nişanlı avtomobil əks istiqamətdə hərəkət edən “KamAz” markalı, 14 BA 641 dövlət nömrə nişanlı yük maşını ilə toqquşub. Qəza nəticəsində “Mercedes”in sürücüsü Y. Məmmədov və sərnişin, 1982-ci il təvəllüdlü Elməddin Kazımov ağır bədən xəsarəti ilə Mərkəzi Klinik Xəstəxanasına yerləşdiriliblər. Həkimlər yaralıların vəziyyətinin ağır olduğunu bildiriblər. Hazırda Sabunçu RPİ-nin istintaq qrupu hadisə yerində araşdırma aparır.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR